Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) Şurasına Böyük Britaniyanın qurumdan çıxmasından sonra krallıq ilə yeni münasibətlər barədə danışıqlara başlamağı tövsiyə edib.
Bu barədə Brüsseldəki mətbuat konfransında “Brexit” danışıqlarında Aİ-nin əsas nümayəndəsi olan Mişel Barnye məlumat verib.
Onun sözlərinə görə, AK-nın tövsiyəsi Aİ Şurasının mövcud strategiyası və nəticələrinə, həmçinin Aİ ilə Birləşmiş Krallıq arasında 2019-cu ilin oktyabrında razılaşdırılmış siyasi bəyannaməyə əsaslanır.


