ABŞ Konqresində İrana qarşı hərbi əməliyyatları qadağan edən qanun qəbul olunub

ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı hərbi əməliyyatları məhdudlaşdıran qanun layihəsini qəbul edib.
Demokratlar Partiyasının 228 üzvü qanun layihəsinin lehinə, 175 respublikaçı isə əleyhinə səs verib.
“İran ilə müharibə olmasın” adlanan qanun ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını maliyyələşdirməyi qadağan edir. Qanuna görə, Prezident Konqresin icazəsi olmadan hərbi əməliyyatlara başlamaq əmri verə bilməz.
Lakin qanunun Konqresin yuxarı palatası hesab edilən Senatdan keçəcəyi şübhə doğurur. Senatda respublikaçılar çoxluq təşkil etdiyindən qanunun qəbulunun lehinə səs verməyəcəkləri ehtimal olunur. Ağ ev bəyan edib ki, qanun qəbul olunarsa, Prezident Donald Tramp veto hüququndan istifadə edəcək və sənəd qüvvəyə minməyəcək.
Xatırladaq ki, ABŞ-ın Demokratlar Partiyası Prezident D.Trampın İran siyasətini kəskin tənqid edir. Demokratlar bildirirlər ki, Prezidentin bu siyasəti ABŞ-ı təhlükə ilə üz-üzə qoyub.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

