Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Avropa İttifaqının rəhbərləri Brexit haqqında sazişi imzalayıblar

Avropa İttifaqının rəhbərləri Brexit haqqında sazişi imzalayıblar

Avropa İttifaqı Şurası və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Lyayen Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi imzalayıblar.

 Şarl Mişel bu barədə özünün “Twitter” səhifəsində bildirib. “Bu gün (yanvarın 24-də) mən Ursula fon der Lyayenlə birlikdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqqında sazişi imzaladım. Bir neçə şeyi dəyişmək qaçılmazdır, lakin bizim dostluğumuz davam edəcək. Biz tərəfdaşlar və müttəfiqlər kimi yeni fəslə başlayırıq”, - Şarl Mişel belə yazıb.

Bundan əvvəl isə Avropa parlamentinin komitəsi Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi böyük səs çoxluğu ilə təsdiqləyib.

Xatırladaq ki, dünən kraliça II Elizabet Brexit haqqında qanun layihəsini imzalayıb. Bununla da layihə qanun statusu alıb. Avropa Parlamentinin sazişi yanvarın 29-da səsverməyə çıxaracağı gözlənilir.

Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-də tərk edəcək. İlin sonunadək Aİ-nin və krallığın münasibətlərində heç bir dəyişiklik baş verməyəcək. Belə ki, dekabrın 31-dək keçid dövrü olacaq. Həmin müddətdə tərəflər gələcək münasibətlər barədə danışıqlar aparacaqlar.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi