Bakı
20.03° Buludlu
Xəbərlər
İndi Efirdə 13:00 - 13:05 Əzizənin təqdimatında
USD - AZN
EUR - AZN

Dənizləri neft çirklənməsindən təmizləyəcək xüsusi süngər yaradılıb

Dənizləri neft çirklənməsindən təmizləyəcək xüsusi süngər yaradılıb

Kanada və ingilis alimlərinin yaratdığı xüsusi texnologiya dənizlərin çirklənməsinin qarşısını ala bilər

Kanadanın Toronto və İmperial Universitetində Dr. Pavani Çerukupallinin başçılığı ilə aparılan tədqiqat zamanı neft çıxarılması zamanı dəniz suyunun çirklənməsinin qarşısını alacaq xüsusi süngər yaradılıb.

Hər il dəniz döşəməsindən neftin çıxarılması zamanı xırda neft damcılarının suya qarışması nəticəsində 100 milyon barrel həcmdə su çirklənməyə məruz qalır.

Dənizi neft tullantılarından təmizləmək üçün edilən cəhdlərin böyük əksəriyyəti yalnızca irihəcmli üzən kirlərin qarşısını almaqla kifayətlənir, xırda damlaları təmizləmək üçün kifayət etmir. Buna görə də elm adamları yeni və daha effektiv texnologiyanın yaradılması üzərinə işləyirdilər.

İndi isə Toronto Universitetinin və London İmperiya Kollecinin tədqiqatçılarının müştərək səyləri nəticəsində cəmi 10 dəqiqə ərzində sudakı ən xırda neft damlalarını belə 90% özünə hopdura bilən yeni süngərin yaradılmasına müvəffəq olunub.

Süngər nefti özünə hopdurandan sonra nefti ondan asanlıqla çıxarmaq olur. Beləliklə də çıxarılan neftin yenidən emal prosesindən keçirilməsi, süngərin isə yenidən istifadə edilməsi mümkün olur.

Hazırda Dr. Çerukupalli və digər tədqiqatçılar süngərin qaz, mədən və tekstil sənayelərində istifadəsini təmin etmək məqsədiylə süngəri daha da təkmilləşdirməya çalışırlar.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi