6,000 il əvvəl Daş Dövründə yaşamış qadının DNT-si əldə edilib

Şəkildəki 6,000 il əvvəl Skandinaviyada yaşamış qadının görünüşüdür, bir sənətkar Lola adı verilən qadının rekonstruksiyasını hazırlayıb.
Daş Dövründə yaşayan qadının "qədim saqqızda" qalan diş izlərinin sayəsində alimlər onun DNT-sini çıxarmağa və beləliklə də onun genetik kodunu deşifrə etməyə nail olublar.
Tədqiqatçıların açıqlamasına görə, ilk dəfə qədim bir insanın bütöv genomunu onun sümüyündən qeyri bir yerdən əldə etməyə nail olublar.
Böyük ehtimalla onun tünd dəri rəngi, tünd qəhvəyi saçları və mavi gözləri olub.
Kopenhagen universitetinin tədqiqatçısı Dr. Hannes Şroder deyib ki, əslində, ağacdan qoparılmış qətran olan "saqqız" qədim DNT üçün çox vacib bir mənbə olub, xüsusilə nəzərə almaq lazımdır ki, əlimizdə bu dövrlərə aid insan qalıqları mövcud deyil. "Sümükdən qeyri bir mənbədən bütöv qədim insan genomu əldə etməyimiz möhtəşəmdir", - deyə, tədqiqatçı vurğulayıb.
Qadının bütöv genetik kodu, yaxud genomu deşifrə edilib və onun necə göründüyünü müəyyən etmək üçün istifadə edilib. Ümumilikdə o, genetik baxımdan həmin dövrdə mərkəzi Skandinaviyada yaşayanlardan daha çox quru Avropasının ovçu-yığıcıları ilə daha yaxından bağlıdır və onlar kimi tünd dəri rənginə, tünd qəhvəyi saçlara və mavi gözlərə malik olub.
Mütəxəssislər bildirirlər ki, çox güman o, buzlaqların çəkilməsi ilə Qərbi Avropadan köçənlərin populyasiyasının törəməsi olub.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

