Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu

Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu

Sən demə, bəzi super faydalı qida məhsulları eyni anda iki funksiyanı yerinə yetirir. Onlar təkcə zahiri görünüşə müsbət təsir etmir, həm də arıqlamağa kömək edir.

Həmin qida məhsullarını təqdim edirik:

Meyvələr. Siz həmişə rasionunuza alma və ya üzüm salxımı daxil edə bilərsiniz. Onlar aclıq spazmlarını aradan qaldıracaq. Qida lifləri ilə zəngin olan alma və üzüm hətta şirniyyat həvəskarları üçün də uyğundur. Qreyfrut da yaxşı seçimdir. Lif və vitaminlərlə zəngin məhsul aşağı kalorisi ilə seçilir.

Qoz. Əsas yeməklərin arasında aclıq hissi yarandıqda bir ovuc qoz yeyin. Badam arıqlamaq istəyənlər üçün ideal seçimdir. Onun tərkibində liflər, zülal və sağlam yağlar var. O, orqanizmdə toxluq hissini uzun müddət qoruyub saxlayır.

Bişmiş yumurta. İki ədəd qaynadılmış yumurta uzun müddət toxluq hissi yaradır və çox yeməyə imkan vermir. Bu, artıq çəki ilə mübarizədə ideal qidadır.  

Yoqurt. Bu məhsul kalsium və zülalla zəngindir. Daha çox fayda almaq üçün yoqurta sellülozla zəngin meyvə və giləmeyvələr əlavə edin. O, sizi doyduracaq və aclıq spazmlarının öhtəsindən gələcək. Yoqurtun kalorisi az olduğundan artıq çəki almayacaqsınız.

Popkorn. Onu hazırlayarkən içinə şit yağı və ya duz əlavə etməsəniz, o zaman bu məhsul artıq çəki ilə mübarizədə ideal ara yeməkdir.

Az yağlı pendir. Pendirin qida dəyərinin yüksək olması onun tərkibində olan az miqdarda yağdan asılıdır. Bu pendirin tərkibində çoxlu zülal, kalsium, vitamin və minerallar var. Bu, yaxşı görünmək və artıq çəki almaq istəməyənlər üçün əla seçimdir.  

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi