Ərdoğan: “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində 109 terrorçu zərərsizləşdirilib"

“Son 4 ildə Türkiyə sərhədləri daxilində 7 500, xaricində 8 500 olmaqla 16 min terrorçunu zərərsizləşdirmişik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısında deyib.
O, “Barış pınarı” (“Sülh çeşməsi”) antiterror əməliyyatının hədəfinin Suriyanın ərazi bütövülüyü və sabitliyi olduğunu vurğulayıb: “Bizim hədəfimiz terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədir. Sərhədimiz təhdid altındadır. Bundan başqa, ölkəmizdə 3 milyon 600 min suriyalı var. Onlar evlərinə dönmək istəyirlər. Ey Avropa İttifaqı, bizim keçirdiymiz əməliyyatı işğal adlandırsanız, qapıları açar, 3,6 milyon qaçqını buraxarıq. İndi pul sayırlar. Deyirlər ki, yardımın ikinci hissəsini göndərməyəcəklər. Biz sizdən nəsə alaraq hərəkət etməmişik. 40 milyard dollar xəcləmişik. Həyatınız yalan üzərində qurulub".
"Bəşşar Əsəd 2011-ci ildən bəri 1 milyon vətəndaşını öldürüb. PKK/YPG-PYD-ni terror qruplaşması olaraq tanımayanlar bizim atdığımız addıma söz qoşurlar. Deyirlər ki, biz kürdlərə qarşı əməliyyat aparırıq. Ancaq Suriyanın Kobani şəhərindən 300 min kürdü Türkiyədə yerləşdirmişik. Türkiyənin İŞİD-ə qarşı mübarizəsini indiyədək hansı ərəb dövləti aparıb? Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatı araşdıranlar bu suala cavab versinlər. Biz cənub qonşumuzda terror dövlətinin qurulmasına imkan verməyəcəyik. Buradan NATO-ya müraciət edirəm: Biz Türkiyəyik. Onlara NATO nizamnaməsinin 5-ci maddəsini xatırladıram. Siz indiyədək NATO üzvü olan Türkiyəyə terrora qarşı mübarizəsində hansı yardımı etmisiniz? NATO-nun üzvülük haqqını ödəyən ilk 5 ölkəsindən biriyik. Siz bizi bir neçə terror dəstəsinə dəyişəcəksinizmi? Hərəkat başlayandan bəri 109 terrorçu öldürüldü. Bundan başqa, çoxlu sayda yaralı və təslim olanlar da var. Türkiyə hərbçiləri qarşısında dayana bilməyənlər qadın və uşaqlara hücum edib, onları qətlə yetirirlər. Sonra da bizim adımıza çıxırlar. Ancaq qadın, uşaq qatili sizsiniz. Biz heç bir zaman bu işləri görmədik", - deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan çıxışında "Barış pınarı" əməliyyatını dəstəkləyən Cümhurriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiyaya da təşəkkürünü bildirib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

